"Hazırda Azərbaycanda yaradıcı sənaye üzrə vahid idarəetmə təsisatı hələ də cəmiyyət tərəfindən düşünülmür. Bu işə yeni təfəkkür gətirmək və təkan vermək lazımdır".
"Report" xəbər verir ki, bunu Mədəniyyət naziri
Onun sözlərinə görə, dünya miqyasında yaradıcı sənaye anlayışı son 10 il müddətində çox böyük kütləni birləşdirərək tamamilə yeni məkanlara, düşüncələrə insanları dəvət edərək cəmiyyətin inkişafına dəyərli töhfə verilməsinə şərait yaradır.
Nazir qeyd edib ki, bu sahədə Azərbaycan da istisna deyil: "Son illər ölkənin hər bir bölgəsində, bütün şəhər və rayonlarda abadlıq, yenidənqurma işləri aparılır, yeni iş yerləri açılır. Bütün bu amillər Azərbaycanda yaradıcı sənayenin inkişafının vacib olduğunu göstərir".
Ə.Qarayev bildirib ki, bu il paytaxt Bakı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib: "Bakı dizayn sahəsi üzrə yaradıcı şəhər adını uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm sənayenin nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər".