Nazir: “Azərbaycan YUNESKO-nun bütün dünyada inkişafına töhfə verəcək”

Nazir: “Azərbaycan YUNESKO-nun bütün dünyada inkişafına töhfə verəcək” “Azərbaycan hər zaman təşkilatın (YUNESKO-red) dəyər və prinsiplərinə sadiqdir və onun missiyasının bütün dünyada inkişafına mütləq töhfə verəcək”.
Mədəniyyət siyasəti
18 Noyabr , 2021 02:28
Nazir: “Azərbaycan YUNESKO-nun bütün dünyada inkişafına töhfə verəcək”
Anar Kərimov

“Azərbaycan hər zaman təşkilatın (YUNESKO-red) dəyər və prinsiplərinə sadiqdir və onun missiyasının bütün dünyada inkişafına mütləq töhfə verəcək”.

“Report” xəbər verir ki, bu fikirlər mədəniyyət naziri Anar Kərimovun tviter hesabında Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrikində yer alıb.

Nazir Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsinə layiq olduğunu vurğulayıb.

Qeyd edək ki, dünən YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

Son xəbərlər

Orphus sistemi