“Azərbaycan hər zaman təşkilatın (YUNESKO-red) dəyər və prinsiplərinə sadiqdir və onun missiyasının bütün dünyada inkişafına mütləq töhfə verəcək”.
“Report” xəbər verir ki, bu fikirlər mədəniyyət naziri Anar Kərimovun
Nazir Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsinə layiq olduğunu vurğulayıb.
Qeyd edək ki, dünən YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.