Nazir Azərbaycan filmlərinin "Netflix"də nümayişinin əhəmiyyətindən danışıb

Nazir Azərbaycan filmlərinin "Netflix"də nümayişinin əhəmiyyətindən danışıb Mədəniyyət naziri Anar Kərimov Azərbaycan filmlərinin "Netflix" kino platformasında nümayişinin əhəmiyyətindən danışıb.
Mədəniyyət siyasəti
28 dekabr 2021 09:08
Nazir Azərbaycan filmlərinin Netflixdə nümayişinin əhəmiyyətindən danışıb

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan filmlərinin "Netflix" kino platformasında nümayişinin əhəmiyyətindən danışıb.

"Report" xəbər verir ki, o, “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında "Netflix"in Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, müəyyən standartlar var və Azərbaycan filmlərində də bu standartlar nəzərə alınmalıdır: "Netflix"də filmlərimizin nümayiş olunması ölkənin təbliğatıdır. Həssas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər. Etimad qursaq, əminəm ki, bizlə işləyəcəklər".

Son xəbərlər

Orphus sistemi