Moskvada Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan fotosərgi açılıb

Moskvada Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan fotosərgi açılıb Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş fotosərgi keçirilib.
Mədəniyyət siyasəti
9 Noyabr , 2021 17:46
Moskvada Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan fotosərgi açılıb

Rusiyanın paytaxtı Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) "Azərbaycan" pavilyonunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan fotosərgi açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, sərginin təşkilatçısı pavilyonun rəhbərliyidir.

Pavilyonun direktoru Səadət Qədirova Azərbaycanın ilk növbədə diplomatik və siyasi arenada qələbə qazandığını qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev diplomatik və siyasi səviyyədə qələbə qazandı. Hamımız xatırlayırıq ki, onun müsahibələri Rusiya kanallarında yayımlanan yalanları necə alt-üst edirdi. Bu qələbə ermənilərin məğlubedilməzliyi, intellektual və strateji qabiliyyətləri haqqında əfsanələri puç etdi. Qələbə hər kəsə nümayiş etdirdi ki, Qarabağda nələr baş verib”.

O vurğulayıb ki, işğaldan azad edilən ərazilərin bərpası üçün böyük işlər görülməlidir.

Son xəbərlər

Orphus sistemi