Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib

Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib Moskvada azərbaycanlı rəssam İnci Vəliyevanın “İnam. Ümid. Sevgi” adlı sənədli filminin təqdimatı keçirilib.
Mədəniyyət siyasəti
29 Mart , 2023 15:37
Moskvada azərbaycanlı rəssamın sərgisi keçirilib

Moskvada azərbaycanlı rəssam İnci Vəliyevanın “İnam. Ümid. Sevgi” adlı sərgisi keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi sərgi M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlarının rəhbəri Tamilla Əhmədova rəssam və həkim İnci Vəliyevanın yaradıcılığının öz səmimiliyi ilə fərqləndiyini deyib.

M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva çıxışında sərginin Novruz Bayramı ərəfəsində təşkil edilməsinin təsadüfi olmadığını qeyd edib: “Qadın sevgi, inam və ümiddir. Bu sözlər İncinin sərgisini birləşdirir”.

Rəssam İnci Vəliyeva yaradıcılığına göstərdikləri diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. Onun sözlərinə görə, çəkdiyi rəsmlərdə pasiyentlərinin, həyat yolunda rastlaşdığı insanların duyğuları əks olunub. Rəssam sərgini valideynlərinə həsr etdiyini bildirib.

Qeyd edək ki, İnci Vəliyeva Bakıda anadan olub və Azərbaycan Tibb Universitetini bitirib. 2017-ci ildə 45 yaşında V. İ. Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun Rəssamlıq və Akademik Rəsm Məktəbinə daxil olan rəssam Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Son xəbərlər

Orphus sistemi