Rusiyanın paytaxtı Moskvada “GamEl art” və SNEG qalereyası azərbaycanlı rəssam Qama Məlikovanın sərgisini təşkil edib.
Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.
Sərginin əsas ideyasından danışan Q.Məlikova istənilən interyerə yaraşan əsərlər hazırlamaq istədiyini qeyd edib.
"Kolleksiya “Blossom” - çiçəklənmə adlanır. Bu cür əsərlər populyardır və interyerdə çox gözəl görünür. Bu əsərlər mənim şəxsi dizaynım əsasında yaradılıb", - o deyib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, sərgidə təqdim olunan əsərlər qeyri-adidir: "Çoxlu bədii ədəbiyyat, yeni materiallar var, çox müasir və elitdir və böyük maraq oyadır. Bu, uğurlu olacaq və istərdim uğurlar rəssamı yeni əsərlərə ruhlandırsın”.
Rusiyanın əməkdar incəsənət xadimi Yuli Qusman rəssamın yaradıcılığı ilə bağlı təəssüratlarından danışıb: "Mən Qama Məlikovanın yaradıcılığını ilk dəfə görəndə təəccübləndim. Çox fəxr edirəm ki, o, əsərlər heyrətamizdir və dünyanı vəsf edir”.