Yuxarı
    Bağlamaq

    Moskvada "Azərbaycan-Rusiya Dostluq Körpüsü" adlı beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi keçirilib

    Azərbaycandan olan qaliblər üçün 2016-cı ilin yayında Bakıda təqdimetmə mərasimi keçiriləcək

    Bakı. 6 fevral. REPORT.AZ/ Moskva Millətlər Evində Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Rusiya Dostluq Körpüsü" adlı beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinə diplom təqdimetmə mərasimi keçirilib.

    Bu barədə "Report"a Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzindən məlumat daxil olub.

    Tədbirdə iştirak edən qonaqlar əvvəlcə Azərbaycan-Rusiya dostluğuna aid məktəbli uşaqlar tərəfindən çəkilən şəkillərin sərgisi ilə tanış olublar.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov məclisə gələn qonaqlara millətlərarası dostluq körpülərinin qurulmasının çox əhəmiyyətli olduğunu qeyd edib.

    Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu ad günü münasibətilə də təbrik edib.

    Təqdimat mərasimində qeyd olunub ki, Azərbaycandan olan qaliblər üçün 2016-cı ilin yayında Bakıda təqdimetmə mərasimi keçiriləcək.

    Daha sonra tədbir konsert proqramı ilə davam edib.

    Təqdimatda iştirak edən Rusiyanın əməkdar artisti Natalya Kosminskaya "Qoy həmisə günəş olsun" adlı məşhur mahnını ifa edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi