Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) çıxış edib.
Tədbir “Rusiya” beynəlxalq sərgi forumu çərçivəsində baş tutub. Qonaqlar Azərbaycan istehsalı olan məhsulları dadmaq imkanı əldə ediblər.
“Azərbaycan” pavilyonunun ticarət zalında quru meyvə və şirniyyatlarının ən yaxşı istehsalçılarının məhsullarının nümunələri təqdim olunub.
Qonaqlar ənənəvi Azərbaycan çayının, mövsümi meyvələrdən hazırlanan kompotların, Şamaxının qərb hissəsindən olan məşhur üzümlüklərin orqanik şərabının dadına baxmaq fürsəti əldə ediblər.