Bakı. 30 iyul. REPORT.AZ/ Bakıda Misirin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Misirin məşhur "Qina" folklor rəqs qrupu konsert proqramı ilə çıxış edib.
Misir səfirliyindən "Report"a verilən məlumata görə, konsertdə şəhər sakinlərinə qrupun ifasında nümayiş olunan maraqlı rəqslər tamaşaçılar tərəfindən böyük maraqla izlənilib və alqışlanıb.
Qeyd edək ki, “Qina” folklor rəqs qrupu Misir Ərəb Respublikasının milli günü münasibətilə Bakıda səfərdədir.


