Misirdə keçirilən rəsm sərgisində qalib gəlmiş azərbaycanlı istedadlar mükafatlandırılıb

Misirdə keçirilən rəsm sərgisində qalib gəlmiş azərbaycanlı istedadlar mükafatlandırılıb Qaliblərə medallar və sertifikatlar verilib
Mədəniyyət siyasəti
13 Dekabr , 2016 21:27
Misirdə keçirilən rəsm sərgisində qalib gəlmiş azərbaycanlı istedadlar mükafatlandırılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Misir dünya uşaqlarının gözündə” mövzusunda rəsm müsabiqəsində uğur qazanan azərbaycanlı gənc istedadların mükafatlandırılması mərasimi olub.

Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, müsabiqə Misirdə keçirilib.

Misirin Azərbaycandakı səfiri Suzan Cəmilin də iştirak etdiyi mükafatlandırma mərasimində Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami əl-Aydi ölkəsində hər il ənənəvi olaraq keçirilən beynəlxalq rəsm müsabiqəsinin məqsəd və əhəmiyyətindən danışaraq müsabiqənin iki xalqın mədəni oxşarlığının göstəricisi olduğunu bildirib.

Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti çıxışında rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən rəsm dərnəklərinin gənc üzvlərinin Misirdə keçirilən beynəlxalq müsabiqədə yüksək nəticələr əldə etdiklərinə görə məmnunluğunu ifadə edərək bu yaxınlarda yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə ilk dəfə olaraq “Dostluğun sehri” adlı beynəlxalq rəsm müsabiqəsində bir sıra ölkələrin iştirakı barədə geniş məlumat verib.

Sonra səfir Suzan Cəmil qaliblərə uğurlar arzulayaraq onları mukafatlandırıb.

Müsabiqədə iştirak edən Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Məktəbinin 7 nəfər gənc istedad Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən üç qızıl, iki gümüş medala və sertifikatlara layiq görülüblər.

Son xəbərlər

Orphus sistemi