Mingəçevir Şəhər Tarix Muzeyi istifadəyə verilib

Mingəçevir Şəhər Tarix Muzeyi istifadəyə verilib Prezidenti İlham Əliyev muzeyin açılışında iştirak edib
Mədəniyyət siyasəti
21 Sentyabr , 2016 19:14
Mingəçevir Şəhər Tarix Muzeyi istifadəyə verilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir Şəhər Tarix Muzeyinin açılışında iştirak edib.

"Report"un məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. 1985-ci ildən 2015-ci ilədək isə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyətini davam etdirib. Lakin sonradan Heydər Əliyev prospektində yerləşən əvvəlki Heydər Əliyev Muzeyinin binası yenidən quruldu və Mingəçevir Şəhər Tarix Muzeyi də həmin binaya köçürüldü. Yenidənqurma işlərindən sonra indi binanın ümumu sahəsi 810 kvadratmetr təşkil edir.

Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edən fotoguşə yaradılıb.

Bildirilib ki, üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunur və onlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Bu son dərəcə qiymətli eksponatlar ölkəmizin dünyanın qədim insan məskənlərindən olduğunu bir daha təsdiqləyir.

Muzeylə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi