Mingəçevir Dövlət Dram Teatrı yubiley tədbirlərinə başlayıb

Mingəçevir Dövlət Dram Teatrı yubiley tədbirlərinə başlayıb Mingəçevir. 27 fevral. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrı yubiley tədbirlərinə başlayıb.
Mədəniyyət siyasəti
215
27 Fevral , 2018 18:30
Mingəçevir Dövlət Dram Teatrı yubiley tədbirlərinə başlayıb
Report

Mingəçevir. 27 fevral. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrı yubiley tədbirlərinə başlayıb.

Bu barədə "Report"un Şirvan bürosuna Teatrın direktoru Səxavət Məmmədov bildirib.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi yubiley tədbirlərinin keçirilməsi üçün tədbirlər planı müəyyən edib və hazırlıqlara start verilib: "Əməkdar incəsənət xadimi Bəhram Osmanovun rəhbərliyi iə yaradıcı-təşkilatçı heyət ayrılıb. Yekun mərasim bu ilin iyun ayına nəzərdə tutulur və bu müddət ərzində Mingəçevir Dövlət Dram Teatrı silsilə tədbirlər təşkil edib, çoxsaylı yaradıcı görüşlər keçirəcək. Eyni zamanda Ağdam Dövlət Dram Teatrına  qastrol səfəri nəzərdə tutulur". 

S.Məmmədov əlavə edib ki, Mingəçevir Dövlət Dram Teatrı bu il Türkiyədə keçirilən ənənəvi teatr festivalına da dəvət edilib. 

Direktor bildirib ki, Teatr Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasının hazırlıqlarına başlayıb: “Ümid edirəm ki, bu tamaşa və ümumən yubiley tədbirləri hər kəsin ürəyincə olacaq. Onu da bildirim ki, yubileylə əlaqədar Teatrın maddi texniki bazasının möhkəmləndirilməsi də nəzərdə tutulub".

Qeyd edək ki,  Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb və ilk səhnə əsəri 1969-cu il mayın 28-də Cəfər Cabbarlının “Almaz” tamaşası olub. Yarandığı gündən yaradıcı heyət 300-dən çox yerli və əcnəbi dramaturqların əsərlərini səhnələşdirərək tamaşaçılara təqdim edib. Yubileylə əlaqədar yenidən klassikaya müraciət olunub. 

Son xəbərlər

Orphus sistemi