18 sentyabr – Milli Musiqi Gününün pandemiya şəraitində hansı formada qeyd ediləcəyi məlum olub.
"Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, sabah nazirliyin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin məzarlarını, Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət edəcəklər.
Qeyd olunub ki, ziyarətçilərin sayı məhdud olacaq.
"Tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və ölkəmizdə tətbiq edilən karantin rejiminin qaydalarına uyğun olaraq təşkil ediləcək.
Həmçinin, Mədəniyyət Nazirliyi və AzTv-nin “Mədəniyyət” kanalının birgə layihəsi olan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş telefestival keçiriləcək. Telefestival sentyabrın 18-dən 30-dək davam edəcək", nazirlikdən bildirilib.