Yuxarı

Milli Məclisin deputatı Gəncədə Çingiz Aytmatova abidə ucaldılmasına yardım etməyə hazırdır

Musa Quliyev parlamentlərarası səviyyəsində Qırğızıstan ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan-Qırğızıstan parlamentlərarası dostluq qrupunun sədri, Milli Məclisin sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyevin başçılıq etdiyi Azərbaycan Milli Məclisinin deputatları Bakıda Qırğızıstan səfirliyində görüş keçirib.

"Report" Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş səfirlik tərəfindən təşkil olunub.

Görüşün məqsədi isə azərbaycanlı deputatları Qırğızıstanın mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın səviyyəsi, eləcə də turizm potensialı barədə məlumatlandırmaq olub.

Görüş zamanı M.Quliyev mədəniyyətlərarası mübadilə məsələlərinə toxunaraq Qırğızıstan tərəfinin maraqlı olacağı halda Gəncədə Çingiz Aytmatova abidə ucaldılmasına dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə M.Quliyev parlamentlərarası səviyyəsində Qırğızıstan ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib və səfirliyin fəaliyyətinə tam dəstək vermək üçün hazır olduğunu dilə gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi