Yuxarı

Məşhur rəqs qrupu Bakıda Misir milli rəqslərini təqdim edəcək

Konsert Misirin milli bayramına - İnqilab gününə həsr olunub

Bakı. 29 iyul. REPORT.AZ/ Misirin məşhur "Qena" rəqs qrupu Bakıda adıçəkilən ölkənin milli rəqslərini təqdim edəcək.

Misirin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, qrupun çıxışı iyulun 29-da saat 18:00-da Bakının mərkəzində - Nizami küçəsində ("Torqovı"da) açıq havada baş tutacaq.

Konsert Misirin milli bayramına - iyulun 23-də qeyd edilən İnqilab gününə həsr olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi