Yuxarı
    Bağlamaq

    ​Mərakeşdə Azərbaycan dili və mədəniyyəti kursu açılıb

    Təranə Əkbərova: İlkin mərhələdə magistratura və doktorantura tələbələrinə dərs keçiriləcək

    Bakı. 23 yanvar. REPORT.AZ/ Mərakeşin paytaxtı Rabatda Azərbaycan dili, mədəniyyəti kursu açılıb. "Report" "Cihan" Agentliyinə istinadən xəbər verir ki, kurs V Məhəmməd adına Universitetin Ədəbiyyat və Humanitar fakültəsinin nəzdində fəaliyyət göstərəcək.

    Açılış tədbirində Azərbaycan və Türkiyənin Mərakeşdəki səfirliklərinin məsulları, Mərakeş Xarici İşlər Nazirliyinin Asiya Departamentinin rəsmisi, universitet rektorunun müavini və başqaları iştirak edib.

    Tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, doktor Təranə Əkbərova çıxış edərək, ərəb dövlətlərində belə bir kursun ilk dəfə açıldığını söyləyib. O, bu bölmənin açılmasının Azərbaycanın tanıdılmasına yardım edəcəyini vurğulayıb. Təranə Əkbərova deyib ki, ilkin mərhələdə dərslər magistratura və doktorantura tələbələrinə keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi