"Mənəvi intibah” sənədli filminin təqdimatı keçirilib

"Mənəvi intibah” sənədli filminin təqdimatı keçirilib Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Mənəvi intibah” sənədli filminin təqdimatı keçirilib.
Mədəniyyət siyasəti
15 Mart , 2022 15:22
Mənəvi intibah” sənədli filminin təqdimatı keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Mənəvi intibah” sənədli filminin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində bildirilib ki, film Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Azərbaycan Bibliya Cəmiyyətinin sifarişi əsasında çəkilib.

Qeyd edilib ki, film insanların dəyərlərdən uzaqlaşdırca mənəviyyatlarında böhran baş verməsindən, dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal ve regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir "yol xəritəsi" kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilir.

Rəvan Əziz

Son xəbərlər

Orphus sistemi