Mədəniyyətlərarası Dialoq üzrə III Dünya Forumu may ayında Bakıda keçiriləcək

Mədəniyyətlərarası Dialoq üzrə III Dünya Forumu may ayında Bakıda keçiriləcək Forumun əsas mövzusu "2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf" olacaq
Mədəniyyət siyasəti
263
10 Mart , 2015 15:50
Mədəniyyətlərarası Dialoq üzrə III Dünya Forumu may ayında Bakıda keçiriləcək

Bakı. 10 mart. REPORT.AZ/ Mədəniyyətlərarası dialoq üzrə III Dünya Forumu mayın 18-19-da Bakıda keçiriləcək. 

"Report" forumun rəsmi saytına istinadən xəbər verir ki, forumun əsas mövzusu "2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf" olacaq. Müzakirələr ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan  21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin buradakı rolu ətrafında aparılacaq. 

Forum  Azərbaycan Prezidentinin hamiliyi ilə UNESCO, BMT Mədəniyyətlər Alyansı, BMT Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi təşkilatlarla birgə keçiriləcək. 

Xatırladaq ki, Mədəniyyətlərarası Dialoq üzrə I Dünya Forumu 2011-ci il aprelin 7-9-da Bakıda baş tutub. Forum iştirakçıları konseptual əsaslar, idarəetmə, siyasətə dair müxtəlif aspektlərdə mədəniyyətlərarası dialoq məsələlərini müzakirə ediblər. 

II forum isə 2013-cü il 29 may - 1 iyun tarixində Bakıda keçirilib. 

Son xəbərlər

Orphus sistemi