Yuxarı
    Bağlamaq

    "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" adlı zona görüşü keçiriləcək

    Tədbirdə Azərbaycanın 6 rayonundan QHT nümayəndələrinin iştirak etməsi nəzərdə tutulub

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Balakən rayonunda "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" adlı zona görüşü keçiriləcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

    Tədbir oktyabrın 22-də Balakən rayon Mədəniyyət Mərkəzində ətraf rayonlarda fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilati dəstəyi sayəsində sözügedən tədbirdə Azərbaycanın 6 rayonundan olan (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) təqribən 150-yə qədər QHT nümayəndələrinin təmsil olunması nəzərdə tutulub.

    Görüş zamanı Azərbaycan mədəniyyətinin təbliğində QHT potensialının təhlili, mədəniyyət məsələləri üzrə ixtisaslaşan QHT-lərə nazirliyin göstərilə biləcək dəstək istiqamətləri, birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, əməkdaşlıq formalarının müəyyən olunması, fəaliyyətin çevikliyini təmin etmək üçün zona koordinasiya qruplarının yaradılması, gənclərin QHT-lərdə fəallığının artırılması, mövcud istiqamətdə qanunvericilik bazası və s. məsələlər müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi