Mədəniyyət Nazirliyinin “Heydər Əliyev ili” çərçivəsində həyata keçirdiyi “Mədəniyyətə bağlı ömür” layihəsinin bugünkü buraxılışı 10 mart – Milli Teatr Gününə həsr edilib.
"Report" xəbər verir ki, layihə çərçivəsində izləyicilərə Ulu öndər Heydər Əliyevin teatrın Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişin inkişafında və xalqımızın ümumiyyətcə mədəni səviyyəsinin yüksəlməsində oynadığı rolla bağlı fikirləri, müxtəlif tamaşalarda iştirakını əks etdirən görüntülər təqdim edilib.
Xatırladaq ki, müxtəlif rubrikalarla təqdim olunan layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında təqdim edilir.
Qeyd edək ki, bu gün Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkəmizin televiziya kanallarının iştirakı ilə telemarafon da keçiriləcək.
Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.