Mədəniyyət xadimləri Xan qızı bulağını ziyarət edib

Mədəniyyət xadimləri Xan qızı bulağını ziyarət edib Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.
Mədəniyyət siyasəti
18 Sentyabr , 2021 12:03
Mədəniyyət xadimləri Xan qızı bulağını ziyarət edib

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.

"Report" xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xan qızı bulağını ziyarət edib.

İştirakçılaraa Şuşa işğaldan azad olunandan qısa müddət sonra “Xan qızı” bulağının istifadəyə verilməsindən danışılıb. Qeyd edilib ki, şəhərin məşhur məkanlarından biri olan bulağın suyu Ermənistanın işğalı altında olduğu müddətdə qurusa da yenidən sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

Qeyd edək ki, Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu beynəlxalq tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.

Son xəbərlər

Orphus sistemi