Mədəniyyət xadimləri ilə bağlı ensiklopediyanın hazırlanması təklif edilir

Mədəniyyət xadimləri ilə bağlı ensiklopediyanın hazırlanması təklif edilir “Azərbaycan bu gün öz mədəniyyəti ilə dünyada tanınır”.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2020 16:32
Mədəniyyət xadimləri ilə bağlı ensiklopediyanın hazırlanması təklif edilir

“Azərbaycan bu gün öz mədəniyyəti ilə dünyada tanınır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Ülviyyə Ağayeva deyib.

Onun sözlərinə görə, “Yaradıcı təşkilatlar haqqında” qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var: “Gənc rəssamların bugünkü durumu qənaətbəxş deyil. Onlara diqqət və qayğı lazımdır. Xüsusi qurumlar olmalıdır ki, bununla məşğul olsun. Bizim mühacirətdə olan rəssamlarımız var. Ancaq onların adları heç bir yerdə hallanmır. Təklif edirəm ki, Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın”.

Son xəbərlər

Orphus sistemi