Yuxarı

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı Milli Net Mükafatına layiq görülüb

www.mct.gov.az Milli Net Mükafatının “Elektron hökumət nominasiyası” üzrə III yerə layiq görülub

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı – Milli Net 2015 qaliblərinin təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı olan www.mct.gov.az Milli Net Mükafatının “Elektron hökumət" nominasiyası” üzrə III yerə layiq görülub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Müsabiqədə 14 nominasiya üzrə 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Səsvermə üç istiqamət üzrə iki mərhələdə keçirilib.

Qeyd edək ki, Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və "Azercell" şirkətinin baş sponsorluğu ilə həyata keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi