Mədəniyyət və Turizm Nazirliyi pedaqoji kadrları müsabiqə yolu ilə işə qəbul edəcək

Mədəniyyət və Turizm Nazirliyi pedaqoji kadrları müsabiqə yolu ilə işə qəbul edəcək Bu barədə məlumatlar nazirliyin rəsmi internet saytının elanlar bölməsində yerləşdirilib
Mədəniyyət siyasəti
110
4 Sentyabr , 2015 19:47
Mədəniyyət və Turizm Nazirliyi pedaqoji kadrları müsabiqə yolu ilə işə qəbul edəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.

"Report" xəbər verir ki, məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 

Xəbərdə bildirilir ki, məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar nazirliyin rəsmi internet saytının elanlar bölməsində yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi