Yuxarı
    Bağlamaq

    Mədəniyyət və turizm nazirinin müavini Kambocada səfərdədir

    Kamboca Krallığında Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni Əməkdaşlığın Qurulması adlı tədbir keçirilir

    Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı və YUNESKO-nun birgə təşkilatçılığı ilə keçirilən "Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni Əməkdaşlığın Qurulması" adlı tədbirdə iştirak etmək məqsədilə Kamboca Krallığının Siem Reap şəhərinə səfərə yola düşüb.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

    Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, YUNESKO-nun baş direktoru İrina Bokova, Kamboca Krallığının Kralı Norodom Sihamoni və Baş naziri Hun Sen, 50-yə yaxın ölkənin mədəniyyət və turizm nazirləri və digər yüksək vəzifəli rəsmi şəxslər iştirak edir. Mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi konfransda iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsİndə birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılacaq.

    Üç gün davam edəcək konfrans mədəniyyət və turizm sahələrində mövcud problemlərin və əməkdaşlıq istiqamətlərinin araşdırılması baxımından çox əlverişli imkanlara yol aça bilər.

    Tədbir fevralın 6-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi