Mədəniyyət Nazirliyi Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət bildirib

Mədəniyyət Nazirliyi Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət bildirib "120 min insan üçün infrasturktur yaratmaq çox çətindir, bunları nəzərə almaq lazımdır".
Mədəniyyət siyasəti
1 Avqust , 2022 12:25
Mədəniyyət Nazirliyi Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət bildirib
Elnur Əliyev

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev İkinci Milli Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət bildirib.

"Report"un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında deyib ki, tədbirdə 120 min insan iştirak edib.

E.Əliyevin sözlərinə görə, bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır.

Nazir müavini hesab edir ki, tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib: "Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi