Mədəniyyət Nazirliyi vakant direktor vəzifələri üzrə müsabiqə elan edib

Mədəniyyət Nazirliyi vakant direktor vəzifələri üzrə müsabiqə elan edib Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək.
Mədəniyyət siyasəti
11 Aprel , 2023 11:37
Mədəniyyət Nazirliyi vakant direktor vəzifələri üzrə müsabiqə elan edib

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin əmri ilə təsdiq edilmiş qaydalara əsasən, məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Qaydalara müvafiq olaraq, Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi