Mədəniyyət naziri: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

Mədəniyyət naziri: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir" "Mədəniyyət Nazirliyi Qarabağda dağıdılan abidələri daima diqqət mərkəzində saxlayır".
Mədəniyyət siyasəti
5 Oktyabr , 2022 13:02
Mədəniyyət naziri: Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir

"Ermənistan Azərbaycana məxsus tarixi abidələri dağıtmaqla törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, Mədəniyyət Nazirliyi Qarabağda dağıdılan abidələri daima diqqət mərkəzində saxlayır.

Nazir dağıntıların daima beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlərin aparıldığını bildirib:

"Bu məsələ hər zaman bizim gündəmimizdədir. 30 il işğalda qalan, vandalizmə məruz qalan abidələrin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra foto-video fiksasiya edilərək, dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb. Davamlı olaraq, beynəlxalq təşkilatlara UNESCO, İSESCO kimi təşkilatlata göndərilir, məlumatlandırılır".

Son xəbərlər

Orphus sistemi