Mədəni irsin rəqəmsallaşması məsələləri müzakirə olunub

Mədəni irsin rəqəmsallaşması məsələləri müzakirə olunub ADA Universitetində “Mədəni irsin rəqəmsallaşması” adlı konfrans keçirilib.
Mədəniyyət siyasəti
14 Mart , 2022 16:04
Mədəni irsin rəqəmsallaşması məsələləri müzakirə olunub

ADA Universitetində “Mədəni irsin rəqəmsallaşması” adlı konfrans keçirilib.

“Report” xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyilə keçirilən tədbirdə səfir Viktor Szederkenyi iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət və humanitar sahələrdə yaxından əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Macarıstan səfiri mədəni irsin rəqəmsallaşdırılması sahəsindəki təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını da qeyd edib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də günümüzədək gəlib çıxmış mədəni irsi, arxivləri, qədim xəritələri qoruyub saxlamağın əhəmiyyətinə toxunaraq Cümhuriyyət dövrü qəzetlərinin rəqəmsallaşdırılmasına dair yeni layihədən danışıb.

Daha sonra Macarıstanın “Arcanum” şirkətinin nümayəndəsi çıxış edib. Həmin şirkət 2010-cu ildən qəzetlərin və tarixi xəritələrin bərpa və rəqəmsallaşdırılmasını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi