Londonda beynəlxalq festivalda Azərbaycanın milli rəqsi böyük coşqu ilə qarşılanıb
Mədəniyyət siyasəti
- 21 aprel, 2024
- 12:16
London şəhərinin əsas meydanı olan Trafalqar meydanında London meriyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və Ramazan bayramına həsr olunmuş festival təşkil olunub.
Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a bildirilib ki, tədbirdə müxtəlif xalqların nümayəndələri öz mədəniyyət nümunələrini təqdim ediblər.
Festivalda Azərbaycanı peşəkar xoreoqraf və Britaniyada fəaliyyət göstərən Azərbaycan rəqsləri məktəbinin təsisçisi Səkinə Muxtarlı təmsil edib.
Onun nümayiş etdirdiyi "Tərəkəmə" milli rəqsi minlərlə tamaşaçı tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbiri işıqlandıran Britaniya mediası Azərbaycan milli geyimində rəqs edən Səkinə Muxtarlının fotosunu festivalla bağlı xəbərin manşet fotosu kimi təqdim edib.
Son xəbərlər
03:49
Tramp Minneapolisdəki atışmaya münasibət bildirib
Digər ölkələr03:42
Hindistanda müalicəsi olmayan ölümcül virus yayılmağa başlayıb
Digər ölkələr03:17
Fransanın Baş naziri hökuməti yenidən qurmaq niyyətindədir
Digər ölkələr02:34
KİV: Rusiya Ukrayna ordusunun Donbasdan çıxarılmasında israrlıdır
Digər ölkələr02:18
Uitkoff: BƏƏ-də baş tutan üçtərəfli görüş konstruktiv keçib
Digər ölkələr01:43
Foto
Suriyada terror aktının qarşısı alınıb
Digər ölkələr01:15
KİV: ABŞ hesab edir ki, Putin və Zelenski arasında görüş tezliklə baş tuta bilər
Digər ölkələr00:33
Starmer və Tramp Ukraynada uzunmüddətli atəşkəsin vacibliyini qeyd ediblər
Digər ölkələr00:08