Leonard Hammer: “Qarabağda mədəni abidələrin dağıdılması ilə bağlı bütün faktlar araşdırılmalıdır”

Leonard Hammer: “Qarabağda mədəni abidələrin dağıdılması ilə bağlı bütün faktlar araşdırılmalıdır” “Beynəlxalq konvensiyaların yerinə yetirilməsini təmin etmək və onların icrasına nəzarət etmək lazımdır”.
Mədəniyyət siyasəti
8 Dekabr , 2022 12:06
Leonard Hammer: “Qarabağda mədəni abidələrin dağıdılması ilə bağlı bütün faktlar araşdırılmalıdır”

“Beynəlxalq konvensiyaların yerinə yetirilməsini təmin etmək və onların icrasına nəzarət etmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Arizona Universitetinin professoru Leonard Hammer UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun fikrincə, bürokratik amillər beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun öz vəzifə və öhdəliklərini tam şəkildə yerinə yetirməsinə mane olur: "Məsələn, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə UNESCO missiyasının göndərilməsi, ilk növbədə, çox böyük bürokratik prosesdir".

L.Hammer bildirib ki, azad edilmiş ərazilərdə çox sayda mədəni obyektlər dağıdılıb və bütün bu faktların hərtərəfli araşdırılmasına ehtiyac var.

Son xəbərlər

Orphus sistemi