Latviya EUNIC üzvləri ilə Azərbaycan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Latviya EUNIC üzvləri ilə Azərbaycan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək niyyətindədir Latviya Avropa İttifaqının (Aİ) Milli Mədəniyyət İnstitutları (EUNIC) klasterinin üzvləri ilə Azərbaycan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Mədəniyyət siyasəti
23 Fevral , 2024 17:49
Latviya EUNIC üzvləri ilə Azərbaycan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Latviya Avropa İttifaqının (Aİ) Milli Mədəniyyət İnstitutları (EUNIC) klasterinin üzvləri ilə Azərbaycan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyinin müşaviri Via Buşa jurnalistlərə açıqlamasında bildirib.

“Şadıq ki, sədrliyimiz dövründə klasterdə daha çox yeni üzvlər və assosiativ üzvlər meydana çıxdı - Gürcüstan və Moldova assosiativ üzv, Ukrayna isə klasterin tərəfdaşı olub. Bu o deməkdir ki, biz mədəniyyətimizin təşviqi, ölkələrimizlə Azərbaycan arasında mədəni körpülər qurmaq üçün daha çox tədbirlər keçirə biləcəyik”, - o qeyd edib.

V.Buşanın sözlərinə görə, klasterin genişləndirilməsi və Ukraynaya tərəfdaş statusunun verilməsi, Ukraynada Rusiya müharibəsinin başlamasının ikinci ildönümünü nəzərə alaraq, Latviya səfirliyi üçün simvolik hadisədir: “Bu, çox simvolikdir və həmrəylik nümayiş etdirir. Xüsusi ilə vurğulamaq istərdim ki, Aİ nümayəndəliyi klasterin üzvü deyil, lakin onlar bizim strateji tərəfdaşlarımızdır. Biz Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə bütün fəaliyyətlər üzrə sıx əməkdaşlıq edirik, burada Aİ mədəniyyətini Azərbaycanda təmsil edirik və ümumi layihələr yaradırıq”.

Son xəbərlər

Orphus sistemi