Yuxarı
    Bağlamaq

    Küveytli şagirdlər Azərbaycanla bağlı tədbirdə iştirak ediblər

    Əl-Küveytdə Azərbaycan küveytli uşaqların gözü ilə adlı beynəlxalq gün keçirilib

    Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə birgə "Azərbaycan küveytli uşaqların gözü ilə" adlı beynəlxalq gün keçirilib.

    Səfirlikdən "Report"a verilən məlumata görə, tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər çərçivəsində keçirilib.

    Məlumata əsasən, tədbirdə Azərbaycan haqqında geniş məlumat verilib və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycanın ənənəvi bayramlarından birinə çevrildiyi qeyd edilib.

    Tədbirdə Küveytin "Reborn kids education academy" məktəbin şagirdləri Azərbaycan dilində dövlət himnimizi səsləndirib, eyni zamanda uşaq mahnılarını və Azərbaycanda ən qədim rəqs növlərindən sayılan "Yallı rəqsi"ni ifa ediblər.

    Bununla yanaşı, qeyd olunan tədbirdə ölkəmizin tarixi və müasir mədəniyyət abidələri, gəzməli, görməli yerləri, tarixi məkanları və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi