Kürdəmir Regional Mədəniyyət İdarəsinə yeni kadr təyinatı olub

Kürdəmir Regional Mədəniyyət İdarəsinə yeni kadr təyinatı olub Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndə vəzifəsi Ramil Bayram oğlu Əhmədova həvalə edilib
Mədəniyyət siyasəti
231
12 Aprel , 2021 23:01
Kürdəmir Regional Mədəniyyət İdarəsinə yeni kadr təyinatı olub

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndə vəzifəsi Ramil Bayram oğlu Əhmədova həvalə edilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ramil Əhmədov 1994-cü ildə Bərdə şəhərində anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisası üzrə bakalavr, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr pilləsini bitirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi