Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır

Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə paytaxtda keçiriləcək klassik avtomobillərin yürüşü və sərgisinə qeydiyyatın başa çatmasına 1 gün qalıb.
Mədəniyyət siyasəti
14 Avqust , 2024 11:15
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə paytaxtda keçiriləcək klassik avtomobillərin yürüşü və sərgisinə qeydiyyatın başa çatmasına 1 gün qalıb.

"Report" xəbər verir ki, artıq ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edə bilər.

Klassik avtomobil sahibləri avqustun 15-nədək AAF-ın elektron ünvanı [email protected] və ya +99450 295 01 00 nömrəsinə müraciət etməklə yürüşdə iştirak üçün qeydiyyatdan keçə bilər.

Yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq. Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxt küçələri, Heydər Əliyev Mərkəzinin qarşısından keçməklə “Dreamland Golf Club”da başa çatacaq. Yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək.

Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçiriləcək. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək.

Son xəbərlər

Orphus sistemi