Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib

Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib.
Mədəniyyət siyasəti
29 Noyabr , 2022 13:34
Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib

Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.

Test imtahanın nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi