"Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası olaraq ölkəmizin görkəmli klassiklərinə aid ilk əlyazmalarını nümayiş etdiririk".
"Report" xəbər verir ki, bunu kitabxananın direktoru Kərim Tahirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Dili və Ədəbiyyatı Forumunda kitab sərgisi təşkil edilib: "Burada klassiklər - Nizami Gəncəvi, İmadəddin Nəsimi və digər klassiklərin ilk əlyazması, dünya kitabxalarında qorunan əlyazamaları görə bilərsiniz. Təxminən 2000-ə yaxın əlyazma nümayiş olunur".
K.Tahirov əlavə edib ki, forumun ruhuna müvafiq olaraq milli kitabxananın qızıl fondunda olan əsər burda sərgilənir: "Hesab edirəm ki, bu, hamı üçün maraqlı olacaq. Fikrimcə, forum ədəbiyyatla bağlı olan problemlərin həlli və uğurlu layihələrin həyata keçirilməsi ilə nəticələnəcək".