Yuxarı

Kişinauda "Moldova incəsənəti - sülh və ərazi bütövlüyünə dəstək" albomunun təqdimatı keçirilib

Albom Azərbaycan səfirliyinin dəstəyi ilə hazırlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Moldovadakı səfirliyində moldovalı rəssamların əsərlərindən ibarət sərgi, eləcə də səfirlik tərəfindən nəşr olunan albom-kataloqun təqdimatı keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbir "Moldova incəsənəti - sülh və ərazi bütövlüyünə dəstək" şüarı altında keçirilib və Moldova bədii cəmiyyətinin Azərbaycan xalqının Ermənistanın təcavüzünə qarşı mübarizəsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması tələbi ilə həmrəyliyini nümayiş etdirib. Sərgidə məşhur moldovalı rəssam, heykəltəraş və fotoqrafların - Elvira Çemortan-Voloşin, Semyon Odoynik, Nataliya Prokop, Vasili Medinski, Qriqori Sultan, Tudor Fabian, Georgi Neqro və Nikolay Minyukun əsərləri təqdim edilib.

Sərginin açılış mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın mədəniyyət naziri Monika Babuk, Moldova Respublikasının keçmiş obmudsmanı, İctimai Palatanın sədri Aureliya Qriqoriu, rəssam Elvira Çemortan-Voloşin, Qaqauz muxtar ərazi vahidinin valisi Yeri İrina Vlax və başqaları çıxış ediblər.

Tədbirdə həmçinin Azərbaycan musiqisinin sədaları altında Moldova rəssamlarının əl işi olan Azərbaycan kəlağayıları nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi