Kamilla Əfəndiyeva: “İştirakçılar psixoloji travmalardan qurtulmaq üçün festivalda iştirak edirlər”

Kamilla Əfəndiyeva: “İştirakçılar psixoloji travmalardan qurtulmaq üçün festivalda iştirak edirlər” “İstəyərdim ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı kimi tədbirlərin sayı artsın”.
Mədəniyyət siyasəti
8 Oktyabr , 2023 15:18
Kamilla Əfəndiyeva: “İştirakçılar psixoloji travmalardan qurtulmaq üçün festivalda iştirak edirlər”

“İstəyərdim ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı kimi tədbirlərin sayı artsın”.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Nine Sense” festivalının iştirakçısı psixoloq Kamilla Əfəndiyeva deyib.

O qeyd edib ki, iştirakçılar psixoloji travmalardan qurtulmaq üçün festivalda iştirak edirlər:

“Nine Senses Fest” festivalı mənim çox xoşuma gəldi. İştirakçılar da bu tədbirdən həzz alırlar. “Nine Sense” festivalının iştirakçılarına psixoloji dərslər keçirəm. Onları arzularına və niyyətlərinə çatmaqda psixoloji travma və problemlərdən uzaqlaşdırmağa çalışıram.

Arzularımıza necə çatacağımız üzərində işləyirik. İnanıram ki, bütün iştirakçılar nəinki psixoloji travmadan qurtulmaq, eləcə də ruh yüksəkliyini əldə etmək üçün buraya toplaşıblar. Əminəm ki, bu görüş təsadüfi deyil”.

Qeyd edək ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə baş tutur. Oktyabrın 8-də başa çatacaq bu festival iştirakçılara insanın harmonik inkişafı ilə bağlı bütün müasir qlobal tendensiyalarla tanış olmağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi