Yuxarı
    Bağlamaq

    IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib

    Əbülfəz Qarayev:Azərbaycanda kitab çapının keyfiyyəti ildən-ilə yüksəlir

     Bakı. 16 sentyabr. REPORT.AZ/ IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib.

    "Report" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, ombudsman Elmira Süleymanova və başqaları iştirak edib.

    Sərgidə 100 yerli və 30 xarici nəşriyyat iştirak edir. 

    Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açılış mərasimində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda kitab çapının keyfiyyəti ildən-ilə yüksəlir. Nazir bildirib ki, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındə 30 nəşriyyat təmsil olunurdusa, bu gün iştirakçıların sayı dəfələrlə artıb: "Hazırda Azərbaycanda 100-dən çox nəşriyyat fəaliyyət göstərir və onların çap etdirdikləri nəşrlər oxunur. Bu da o deməkdir ki, Azərbaycanda kitaba maraq azalmayıb. Çünki yazı-kitab bəşəriyyətin yaddaşıdır".

    Sentyabrın 18-nə kimi davam edəcək sərgi-yarmarkada iştirakçılar və ziyarətçilər üçün hərtərəfli şərait yaradılacaq. Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə milli kitabxanalarının saziş imzalama mərasimləri, musiqili təqdimatlar, ALİSA proqramının nümayişi nəzərdə tutulub.

    Növbəti sərgi də yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, insanların kitaba marağının artması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi