II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının ilk günü "Barokko musiqi axşamı" ilə başa çatıb

II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının ilk günü "Barokko musiqi axşamı" ilə başa çatıb Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko Musiqi" axşamı təqdim olunub.
Mədəniyyət siyasəti
380
16 Oktyabr , 2021 00:30
II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının ilk günü Barokko musiqi axşamı ilə başa çatıb

Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko Musiqi" axşamı təqdim olunub.

"Report" xəbər verir ki, konsert proqramında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov, Əyyub Quliyev, Fəridə Məmmədova, İlham Nəzərov, Səbinə Əsədova və Cəlal Kərimov dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkilləri çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi