İCOMOS-un vitse-prezidenti Ağdam şəhərinə səfər edib

İCOMOS-un vitse-prezidenti Ağdam şəhərinə səfər edib Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İCOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezi
Mədəniyyət siyasəti
17 Aprel , 2022 20:28
İCOMOS-un vitse-prezidenti Ağdam şəhərinə səfər edib

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İCOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal ilə birgə Ağdam şəhərinə səfər edib.

"Report" xəbər verir ki, səfərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov və İCOMOS Azərbaycanın prezidenti Sədaqət Davudova iştirak edib.

Səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahmat evi, Şahbulaq qalası, Qiyaslı kəndində yerləşən məscidə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi