İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisi açılıb

İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisi açılıb İçərişəhərdə müasir instalyasiyanın imkanlarını bir araya gətirən “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub.
Mədəniyyət siyasəti
6 Noyabr , 2024 16:28
İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisi açılıb

İçərişəhərdə müasir instalyasiyanın imkanlarını bir araya gətirən “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub.

"Report" xəbər verir ki, sərgi, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək olaraq təşkil edilib.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev qurama motivinin bu sərgidə konseptual incəsənət formasında öz təzahürünü tapdığını bildirib:

"Sərgidə təqdim olunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu yeni incəsənət nümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərə toxunulmuşdur. Sərgi resursların səmərəli istifadəsini, təbiətə və insanlara qarşı hörməti simvolizə edir, həmçinin sıfır tullantı fəlsəfəsini təbliğ edir".

Sərgidə yerli və xarici qurama sənətçiləri tərəfindən hazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar nümayiş olunub. Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova, Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, Zaur Qəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, Rövşən Məhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Abdykerimova Saltanat kimi yerli və xarici qurama sənətçilərinin əl işləri vasitəsi ilə əsərlərin müxtəlif yönlərini kəşf edə bilərlər.

Qeyd edək ki, sərgi noyabrın 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi