Yuxarı
    Bağlamaq

    İtaliyanın Mədəni İrs, Mədəniyyət Fəaliyyəti və Turizm Nazirliyinin katib müavini Azərbaycana səfər edəcək

    Çazero Antimo IV Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

    Bakı. 25 aprel. REPORT.AZ/ İtaliyanın Mədəni İrs, Mədəniyyət Fəaliyyəti və Turizm Nazirliyinin katib müavini Çezaro Antimo Azərbaycana səfər edəcək.

    İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, italiyalı məmur may ayının 4-6-da Bakıda keçiriləcək IV Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.

    Bundan əlavə, Ç.Antimo Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi