Yuxarı

İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib - FOTO

Yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib

Bakı. 01 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilati dəstəyi ilə bu ölkənin Bül (Bulle) şəhərində Qlion Ali Təhsil İnstitutunda təhsil alan tələbələrimiz ənənəvi keçirilən “Mədəniyyət yarmarkası”nda iştirak ediblər.

Səfirlikdən verilən məlumata görə, çoxsaylı şəhər ictimaiyyətinin iştirak etdiyi yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Təqdimatda milli musiqi xəzinəmizdən nümunələr səsləndirilib, milli rəqslərimiz nümayiş olunub, Azərbaycanın turizm imkanları, o cümlədən adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumat verilib. İştirakçılar, həmçinin milli mətbəximizlə də tanış olublar. “Mədəniyyət yarmarkası”na gələnlər Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstəriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi