İstanbulda Hüseyn Cavidin büstünün açılışı olub

İstanbulda Hüseyn Cavidin büstünün açılışı olub İstanbulun Beyoğlu səmtində yerləşən Nilufer parkında Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin xatirəsinə ucaldılmış büstünün açılış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
24 Oktyabr , 2019 16:55
İstanbulda Hüseyn Cavidin büstünün açılışı olub

İstanbulun Beyoğlu səmtində yerləşən "Nilufer" parkında Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin xatirəsinə ucaldılmış büstünün açılış mərasimi keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR Türkiyənin və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, eləcə də tələbələr iştirak ediblər. 

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev "Report"a açıqlamasında deyib ki, Hüseyn Cavidin ad günündə açılan abidə Cavid ruhuna olan böyük seviginin təzahürüdür: “Hüseyin Cavidin İstanbulu sevdiyini nəzərə alaraq burada onun abidəsinin ucaldılmasına qərar verdik. Məlum olduğu kimi, Hüseyn Cavidin gəncliyinin bir hissəsi İstanbulda keçib. Konsulluq tərəfindən abidənin ucaldılacağı yerin seçilməsi ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinə müraciət olunduqda bir neçə məkan təklif olundu. Bu yerlər arasında ən çox xoşumuza gələn və dəyərləndirilən məhz "Nilufer" parkı oldu. Belə ki, bu məkan universitetlərlə əhatə olunub və buranı mütəmadi olaraq çox sayda turist və yerli vətəndaş ziyarət edir. Düşünürəm ki, abidə Cavid adının İstanbulda əbədiləşdirilməsinə vəsilə olacaq".

Qeyd edək ki, abidə azərbaycanlı rəssam-heykəltaraş Sənan Eynullayev tərəfindən hazırlanıb.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi