Bakı. 28 sentyabr. REPORT.AZ/ İsrailin Neşer şəhərində "Bakı gecələri" adlı tematik tədbir keçirilib.
Azərbaycan-İsrail Beynəlxalq Təşkilatından "Report"a verilən məlumata görə, tədbirdə İsraildə yaşayan azərbaycanlı miqrantlar iştirak edib.
Tədbir çərçivəsində aktyor, ifaçı-müəllif Gennadi Yusimin konserti olub, eləcə də məşhur teleaparıcı və jurnalist David Konun hekayələri oxunulub.
Sonda İsrailin Absorbsiya Nazirliyinin Neşer şəhərindəki idarəsinin rəhbəri Emin Çaykovskinin dəstəyi ilə şəhərdə rəmzi olaraq "Bakı gecələri" adı altında hər ay belə tematik tədbirlərin keçirilməsi qərara alınıb.