Yuxarı

İsraildə dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Tədbirdə müğənninin məşhur mahnıları səsləndirilib

Bakı. 18 avqust. REPORT.AZ/ İsraildə dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirəsi yad edilib.

"Report" xəbər verir ki, xatirə gecəsi "Azİz" Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının dəstəyi ilə təşkil edilib.

Gecənin konsert proqramına həm Müslüm Maqomayevin repertuarından olan və Tomer Əliyev ilə Sergey İlyasafovun ifa etdiyi, həm də İraida Paninanın ifasındakı müasir mahnılar daxil edilib.

"Azİz" yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Müslüm Maqomayevin həyat və yaradıcılığı barədə danışıb. 

Eyni zamanda, yazıçı və jurnalist Mark Kotlyarski öz xatirələrini bölüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi