Yuxarı

Bakıda İslam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsi keçiriləcək

İslam dünyasının gənc musiqi ifaçıları yenidən Bakıda toplaşacaq

Bakı. 27 mart. REPORT.AZ/ Bakı İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq festival-müsabiqəsinə beşinci dəfə ev sahibliyi edəcək. Belə ki, aprelin 18-dən 22-dək paytaxtımızda ISESCO və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsi keçiriləcək.

Təşkilat komitəsindən Azərtac-a bildiriblər ki, müsabiqədə kiçik (15 yaşadək) və böyük (16-20 yaş) yaş qrupları ilə təmsil olunan ölkələrin gənc istedadlarının çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin sonunda qaliblərin mükafatlandırılması mərasimi və qala-konsert təşkil olunacaq.

Dostluq ruhunun hakim kəsildiyi əsl musiqi bayramına çevrilən beynəlxalq festival-müsabiqə müxtəlif ölkələrdən istedadlı gənc musiqiçiləri öz ətrafında toplayaraq, onların peşəkar yüksəlişinə, təcrübə mübadiləsinə zəmin yaradır, mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Belə nüfuzlu müsabiqədə iştirak iştirakçıların yaddaşında dərin iz buraxır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi